Şərtlər və qaydalar
Sifarişin qəbulu
Səhifədəki hər hansı məhsulu bəyənib sizə uyğun xüsusiyyətləri (rəngi, ölçüsü və s.) təyin etdikdən sonra sifarişi davam edə bilərsiniz. Ünvan və əlaqə nömrələri sifarişin düzgün çatdırılması üçün dəqiq göstərilməlidir. Sifariş edildikdən sonra sizin elektron poçtunuza sifariş haqqında məlumat gələcəkdir. Sifariş etdiyiniz məhsul biz tərəfdən araşdırıldıqdan sonra sifariş qəbul olunub, ünvana növbəti gün ərzində göndəriləcəkdir. Sifarişin qəbulu haqqında da elektron ünvanınıza təsdiq məktubu gələcək.
Çatdırılma
Bakı
Bakı şəhəri daxilində məhsullar 1 gün ərzində çatdırılır. 20 AZN-dən yuxarı məhsullar üçün Bakı şəhəri daxilində (aşağıdakı xəritədə qırmızı ilə işarələnmiş zona) çatdırılma pulsuzdur. 20 AZN-dən aşağı məhsullar üçün çatdırılma məbləği 5 AZN təşkil edir.
Regionlara
Sifarişin təsdiq olunduğu gün, məhsul poçt vasitəsilə göndərilir. Sifariş ünvana yaxın yerləşən poçt şöbəsinə 3-4 gün ərzində çatır. Poçt daşımadakı sıxlıq ilə əlaqədar olaraq bu müddət uzana da bilər. Naxçıvan Muxtar Respublikasına çatdırılma müddəti 7-10 gündür. Bölgələr üçün çatdırılma qiyməti 3 AZN təşkil edir.
Beynəlxalq çatdırılma
Biz dünyanın bütün nöqtəsinə Azərpoçt vasitəsilə məhsulları göndərə bilərik. Beynəlxalq göndərişlər üçün standart çatdırılma müddəti 15-45 gündür. Gecikmələr mümkündür və bu bizdən asılı olmayan səbəblərə görə yarana bilər. Poçt göndərişlərində müştəri poçt izləmə kodu ilə təmin olunur. azems.az saytına daxil olaraq göndərişlərinizi izləyə bilərsiniz.
Məhsulun geri qaytarılması
Qəbul etdiyiniz hər hansı məhsulda istehsal defekti aşkarlanarsa dərhal bizə müraciət edərək problemi ətraflı şəkildə izah edin. Qəbul etdiyiniz məhsulda hər hansı bir zədə aşkarlanarsa şəklini çəkib “.jpg” formatda bizə göndərməyiniz xahiş olunur. Hər-hansı istehsal defekti olduqda məhsul 14 gün ərzində qaytarıla və ya dəyişdirilə bilər.
Hər bir məhsulun izahında düzgün olaraq rəngi, ölçüsü və digər xüsusiyyətləri göstərilir. Əgər qəbul etdiyiniz məhsul sifarişdə qeyd edilən ölçülərə və rəngə uyğun gəlmirsə bizim müştəri xidməti şöbəsinə müraciət etməyiniz xahiş olunur.
Qeyd: Sifarişlər çatdırıldıqda yoxlanıldıqdan sonra müştəri tərəfindən qəbul edilməlidir.