[vc_row][vc_column][vc_column_text]

Bu konfidensiallıq siyasəti www.brandliker.az saytının öz internet istifadəçisi haqqında ala biləcəyi məlumatlara şamil edilir.

brandliker.az bu veb-səhifədən istifadə zamanı sizin şəxsi və ya fərdi məlumatlarınızın konfidensiallığını təmin etməkdə maraqlıdır. Konfidensiallıq siyasətinin məqsədi veb-səhifə istifadəçilərinin veb-səhifədən istifadə edərkən hər hansı formada məlumatı əlavə edərkən və ya veb-səhifədən istifadə zamanı məlum olan şəxsi və ya fərdi məlumatların istifadəsi və mühafizəsinin əsas şərtlərini müəyyən edir.

Veb saytdakı məlumatlar informasiya xarakteri daşıyır və öncədən xəbər verilmədən dəyişdirilə bilər. Məxfilik siyasətində hər hansı dəyişiklik edilən zaman bu dəyişiklik brandliker.az/mexfilik-siyaseti bölməsində öz əksini tapacaq. Məxfilik siyasəti www.brandliker.az saytının istifadəçisi haqqında ala biləcəyi bütün məlumatlara şamil edilir.

Əldə etdiyimiz şəxsi və ya fərdi adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlaraiddir. Sayt həmçinin analitik araşdırma edə bilməyimiz və saytdan istifadə keyfiyyətini artırmağımız üçün aşağıdakı məlumatları toplayır:

• Sayta daxil olma mənbəyi;

• İstifadəçinin coğrafi yerləşməsi (şəhər və ya ölkə olaraq);

• Sayta daxilolma sayı və aralığı;

• İstifadə edilən brauzer və cihaz haqqında məlumat;

• İstifadəçinin saytda maraq göstərdiyi məlumatlar və ya səhifələr.

www.brandliker.az saytı müvafiq təhlükəsizlik tələblərinə uyğun olaraq SSL sertifikasiyası ilə təmin olunub və qeyd etdiyiniz məlumatların üçüncü şəxs(lər) tərəfindən izlənilməsi müəyyən edilmiş şərtlər daxilində məhdudlaşdırılmışdır.